Minifutbol üzrə Avropa Kuboku: "Zəngəzur" yarımfinala vəsiqə qazanıb - YENİLƏNİB

Futbol
  • 15 sentyabr, 2023
  • 19:03
Minifutbol üzrə Avropa Kuboku: Zəngəzur yarımfinala vəsiqə qazanıb - YENİLƏNİB

“Zəngəzur” minifutbol komandası Bolqarıstanda təşkil edilən Avropa Kubokunda növbəti oyununu keçirib.

“Report”un məlumatına görə, Azərbaycan təmsilçisi 1/4 final mərhələsində İsrailin "Red Meat Tad" kollektivi ilə üz-üzə gəlib.

Görüşün əsas vaxtı qolsuz bərabərliklə başa çatıb. Penaltilər seriyasında rəqibini 5:4 hesabı ilə üstələyən "Zəngəzur" yarımfinala yüksəlib.

14:12

“Zəngəzur” minifutbol komandası Bolqarıstanda təşkil edilən Avropa Kubokunda növbəti oyununu keçirib.

“Report”un məlumatına görə, Azərbaycan təmsilçisi pley-offda yerli "Mexkit” kollektivi ilə üz-üzə gəlib.

“Zəngəzur” rəqibini 1:0 hesabı ilə üstələyərək 1/4 finala vəsiqə qazanıb.