Bakı. 20 noyabr. REPORT.AZ/ Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulacaq.
"Report" xəbər verir ki, VI turun sonuncu oyun günündə 4 liqada ümumilikdə 7 görüş təşkil olunacaq və növbəti mərhələyə yüksələcək sonuncu 4 komandanın adına aydınlıq gələcək.
D Liqasının III qrupunda Azərbaycan millisi səfərdə Kosovo ilə üz-üzə gələcək.
A Liqasının III qrupunda keçiriləcək Portuqaliya – Polşa matçının nəticəsi heç bir əhəmiyyət kəsb etməyəcək. Portuqaliya növbəti mərhələni öncədən təmin edib, qonaq komanda isə aşağı liqaya düşüb.
B Liqasının II qrupunda Rusiya səfərdə İsveçin qonağı olacaq. Şimal qonşumuza növbəti mərhələ üçün bir xal bəs edəcək. İsveç isə qalib gələcəyi təqdirdə “play-off”a yüksələcək.
C Liqasında isə 3 oyun baş tutacaq. I qrupda Şotlandiya evdə İsraillə münasibətlərə aydınlıq gətirəcək. İsrail yığmasına növbəti mərhələ üçün heç-heçə də kifayət edir. Şotlandiya isə rəqibinə mütləq qalib gəlməlidir.
IV qrupda isə Monteneqro Rumıniyanı, Serbiya isə Litvanı qəbul edəcək. Qrupda Serbiya və Rumıniya komandalarının növbəti mərhələyə yüksəlmək şansları var.
UEFA Millətlər Liqası, VI tur
A Liqası, III Qrup
23:45. Portuqaliya – Polşa
Xal durumu: Portuqaliya – 7 xal (3 oyuna), İtaliya – 5 (4), Polşa – 1 (3)
B Liqası
II Qrup
23:45. İsveç – Rusiya
Xal durumu: Rusiya – 7 xal (3 oyuna), İsveç - 4 (3), Türkiyə - 3 (4)
C Liqası
I Qrup
23:45. Şotlandiya – İsrail
Xal durumu: İsrail – 6 xal (3), Şotlandiya – 6 (3), Albaniya – 3 (4)
IV Qrup
23:45. Monteneqro - Rumıniya
23:45. Serbiya - Litva
Xal durumu: Serbiya – 11 xal (5 oyuna), Rumıniya – 9 (5), Monteneqro – 7 (5), Litva – 0 (5)
D Liqası
III Qrup
23:45. Kosovo – Azərbaycan
23:45. Malta – Farer adaları
Xal durumu: Kosovo – 11 xal (5 oyuna), Azərbaycan – 9 (5), Farer adaları – 4 (5), Malta – 2 (5).