UEFA Millətlər Liqasının C Divizionunda Şotlandiya və Ukrayna milli komandaları arasında I qrupun ilk turundan təxirə salınmış oyun keçirilib.
"Report"un məlumatına görə, Qlazqo şəhərindəki "Hempden Park" stadionunda oynanılan görüş qonaqların 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qarşılaşmada hər 3 qol ikinci hissədə vurulub. 70-ci dəqiqədə Con Makginn, 80 və 87-ci dəqiqələrdə isə Lindon Dayks fərqləniblər.
Bu qələbədən sonra xallarını 9-a çatdıran Şotlandiya yığması ilk pilləyə yüksəlib. 7 xalı olan Ukrayna seçməsi isə 2-ci sıraya geriləyib.
UEFA Millətlər Liqası
B Divizionu
I qrup
22:45. Şotlandiya - Ukrayna - 3:0
Qollar: Con Makginn, 70. Lindon Dayks, 80; 87
Baş hakim: Mauritsio Mariani (İtaliya)
Qlazqo, "Hempden Park" stadionu
Xal durumu: Şotlandiya - 9, Ukrayna - 7, İrlandiya - 4, Ermənistan - 3.