UEFA Millətlər Liqasının II turunda daha səkkiz oyun baş tutub.
“Report” xəbər verir ki, A, B və C liqalarında yer alan komandalar münasibətlərinə aydınlıq gətiriblər.
B Liqasının IV qrupunda Türkiyə yığması doğma meydanda İslandiyanı yenib. Maraqlı görüşlərdən biri də A Liqasının II qrupunda baş tutub: Fransa Belçika üzərində inamlı qələbə qazanıb.
UEFA Millətlər Liqası, II tur
9 sentyabr
A Liqası, II qrup
Fransa – Belçika 2:0
İsrail – İtaliya 1:2
B Liqası, IV qrup
Türkiyə – İslandiya 3:1
Monteneqro – Uels 1:2
Norveç – Avstriya 2:1
Sloveniya – Qazaxıstan 3:0
C Liqası, II qrup
Kipr – Kosovo 0:4
Rumıniya – Litva 3:1
Qeyd edək ki, C Liqasının I qrupunda yer alan Azərbaycan yığması ötən gün Slovakiyaya 0:2 hesabı ilə məğlub olub.