Millətlər Liqası: Azərbaycan yığması bu gün ilk oyununu keçirəcək
Futbol
- 05 sentyabr, 2024
- 05:01
Azərbaycan yığması UEFA Millətlər Liqasında bu gün ilk oyununu keçirəcək.
"Report"un məlumatına görə, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv Bakıda İsveç ilə üz-üzə gələcək.
Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq görüş saat 20:00-da start götürəcək. Qarşılaşmanı macarıstanlı FIFA referisi Balaş Berkey idarə edəcək.
C Liqasının I qrupundakı digər matçda Slovakiya Estoniyanın qonağı olacaq. Bu oyun saat 22:45-də başlayacaq.
UEFA Millətlər Liqası
C Liqası, I qrup
I tur
5 sentyabr
20:00. Azərbaycan - İsveç
Baş hakim: Balaş Berkey (Macarıstan).
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.
Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 8-də səfərdə Slovakiya ilə qarşılaşacaq. İsveç isə evdə Estoniyanı sınağa çəkəcək.
Son xəbərlər
13:27
Foto
Azərbaycan WUF13-ün keçirilməsi ilə bağlı logistika sazişi imzalayıb
İnfrastruktur13:24
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
Energetika13:19
KİV: Tramp Davosda Ukraynanı müzakirə etməyi planlaşdırır
Digər ölkələr13:18
Abbas Abbasov: BTQ yerli xalqların hüquqlarının müdafiəsində uğurlar əldə edib
Xarici siyasət13:15
Foto
Bakıda WUF13 çərçivəsində ilk dəfə Liderlərin Zirvə Görüşü keçiriləcək
İnfrastruktur13:14
Hindistanda zikhlər vətəndaş hüquqlarından məhrum etməyə çalışılır, zorakılığa məruz qoyulur
Xarici siyasət13:07
"Araz-Naxçıvan" daha bir yoxlama oyunu keçirəcək
Futbol13:07
Çexiya Prezidenti Kiyevdədir
Digər ölkələr12:42