Milan Obradoviç adının "Neftçi" ilə hallanmasına münasibət bildirib

Milan Obradoviç adının "Neftçi" ilə hallanmasına münasibət bildirib 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi Milan Obradoviç adının "Neftçi" ilə hallanması barədə məlumata münasibət bildirib.
Futbol
20 Dekabr , 2022 17:26
Milan Obradoviç adının Neftçi ilə hallanmasına münasibət bildirib

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi Milan Obradoviç adının "Neftçi" ilə hallanması barədə məlumata münasibət bildirib.

Serbiyalı mütəxəssis "Report"a müsahibəsində yayılan xəbərlərə şərh vermək istəmədiyini söyləyib.

Bakıya son səfəri zamanı "ağ-qaralar"ın "Zirə"yə 0:1 hesabı ilə uduzduğu Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununu canlı izlədiyini etiraf edən 45 yaşlı baş məşqçi bunun tribunadan baxdığı yeganə matç olmadığını vurulayıb: "Bu barədə danışmaq istəmirəm. Çünki hazırda bütün komandaların öz baş məşqçiləri var. İndiki məqamda nəsə danışmaq real deyil. Bakıda bir çox insanla - məşqçilər, klub prezidentləri ilə ünsiyyətdə oldum. Azərbaycan futbolu, dünya çempionatı, gənc oyunçular barədə danışdıq ki, bu da normal haldır".

Qeyd edək ki, mütəxəssis 2019 - 2022-ci illərdə Azərbaycanın U-21 yığmasına rəhbərlik edib.

Milan Obradoviçin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi