Mesut Özil ərəb klubunun təklifini rədd etdi
Futbol
- 12 oktyabr, 2020
- 07:57
İngiltərənin "Arsenal" klubunun futbolçusu Mesut Özil Səudiyyə Ərəbistanının "Əl-Nəsr" (Ər-Riyad) klubuna keçməkdən imtina edib.
"Report" xəbər verir ki, bu barədə "TyC Sports"un jurnalisti Sesar Luis Merlot "Twitter"də bildirib.
"Əl-Nəsr" 32 yaşlı yarımmüdafiəçi üçün qarşı tərəfə 5 milyon funt sterlinq, Özilə isə 2 illik çoxmilyonluq müqavilə təklif edib. Ancaq futbolçu hələ "Arsenal"dan ayrılmaq fikrində deyil.
Qeyd edək ki, Mesut Özilin "Arsenal"la müqaviləsi 2021-ci ilin yayında başa çatmalıdır. O, son olaraq "topçular"ın heyətində martda meydana daxil olub.
Son xəbərlər
16:19
"Aston Martin" Bakı Qran-prisində AMR26 bolidinin son yenilənməsini təqdim edəcək
Formula 116:16
Foto
Qaxda yol qəzasında xəsarət alan qadın xəstəxanada ölüb - YENİLƏNİB
Hadisə16:14
"İmişli" ötən ay vidalaşdığı Ronaldo Souzanı yenidən heyətinə qatıb
Futbol16:10
Azərbaycan armatur istehsalını 14 %-dən çox artırıb
Sənaye15:55
"Sabah" basketbol komandası yoxlama oyununda "Ordu"ya qalib gəlib
Komanda15:48
Almaniya və Oman Hörmüz və Bab-əl-Məndəb boğazlarındakı vəziyyəti müzakirə ediblər
Digər ölkələr15:47
Ər-Riyad hava limanı yaxınlığında alov və qara tüstü görünüb
Digər ölkələr15:46
Azərbaycan alüminium məmulatları istehsalını avqustda 2 dəfədən çox artırıb
Sənaye15:44
Foto