Messi MLS-in rekordunu yeniləyib
Futbol
- 13 iyul, 2025
- 08:41
"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi MLS-in müntəzəm çempionatında "Neşvill"ə qarşı ev oyununda dubl edib.
"Report"un məlumatına görə, Messi MLS-də ardıcıl 5-ci matçında iki qol vurub.
O, bu göstərici üzrə turnirin rekordunu müəyyən edib.
Ümumilikdə isə Messi turnirdə ardıcıl 6-cı oyunda fərqlənib.
MLS tarixində buna yalnız 2018-ci ildə "Atlanta"da çıxış edən venesuelalı hücumçu Xosef Martines nail olub.
Messinin cari MLS mövsümündə 16 oyunda 16 qolu var. O, bombardirlər siyahısında "Neşvill"in ingilis hücumçusu Sem Sörric ilə birinci yeri bölüşür.
Son xəbərlər
11:36
İsrail mediası "Hapoel"in "Sabah"a məğlubiyyəti haqqında: Böyük xəyal son anda puç oldu - DAYCEST
Futbol11:29
Foto
Azərbaycan Tacikistan Beynəlxalq Qida Sənayesi Forumunda təmsil olunub
Biznes11:28
Foto
Laçında "İkinci həyat" sərgisi təşkil olunub
Mədəniyyət siyasəti11:23
"Roma" Frank Kessye ilə müqavilə bağlamaq istəyir
Futbol11:18
Gürcüstandan azərbaycanlılar da daxil 85 əcnəbi deportasiya edilib
Digər11:14
"Mərkəzi Azəri" platformasının profilaktik işlər proqramı başa çatıb
Energetika11:11
Rusiya, Özbəkistan və Azərbaycan Şəmail ən-Nəbi əlyazmasının nəşri üzrə birgə layihə həyata keçiriblər
Media11:00
Nurlan Babazadə: "Gömrük əməliyyatlarının bir qismi səlahiyyətli iqtisadi operatorlara ötürüləcək"
Biznes10:59