"İnter Mayami" "Dallas"ı penaltilər seriyasında məğlub edərək Liqa Kubokunun 1/4 finalına yüksəlib.
"Report" xəbər verir ki, matçın əsas vaxtı 4:4 hesabı ilə başa çatıb, penaltilər seriyasında "İnter Mayami"nin futbolçuları daha dəqiq olub – 5:3.
"İnter Mayami"nin heyətində argentinalı hücumçu Lionel Messi dubl edib. O, 6-cı dəqiqədə Xordi Albanın ötürməsi ilə hesabı açıb. 85-ci dəqiqədə isə dublunu rəsmiləşdirib. Messi bununla da keçirdiyi dörd oyunda 7-ci qolunu vurub, həmçinin ardıcıl üçüncü dubla imza atıb.
Qeyd edək ki, Messi iyulda "İnter Mayami"yə keçib. Son iki ildə o, Fransanın "Pari Sen-Jermen" klubunda çıxış edib. Ümumilikdə ötən mövsüm Fransa çempionatında 32 matçda 16 qol vurub, 16 məhsuldar ötürmə edib.
Messi karyerasının böyük hissəsini “Barselona”da keçirib. O, 2020-ci ildə Kataloniya komandasını tərk edib.