Messi "Barselona"da 43-cü dəfə het-trik edib

Futbol
  • 17 dekabr, 2018
  • 07:27
Messi Barselonada 43-cü dəfə het-trik edib

Bakı. 17 dekabr. REPORT.AZ/ Argentina millisinin futbolçusu Lionel Messi İspaniyanın “Barselona” komandasının heyətində 43-cü dəfə het-trik edib.

“Report” “Squawka Football”a istinadən xəbər verir ki, 31 yaşlı hücumçu La Liqanın XVI turundan səfərdə “Levante”ni 5:0 hesabı ilə məğlub etdikləri görüşdə 3 qola imza atıb. O, bu göstəriciyə görə yalnız hazırda İtaliya “Yuventus”nun formasını geyinən Kriştianu Ronaldudan geri qalır. Portuqaliyalı forvard bu yay tərk etdiyi İspaniya “Real Madrid”nin heyətində 44 dəfə het-trik edib.

Messi “Levante” ilə görüşdə 3 dəfə fərqlənməklə daha iki rekordun müəllifinə çevrilib. O, 2018-ci ildə 50 qol vuran ilk futbolçu olub. “Barselona”nın kapitanı həm də bu mövsüm “Top-5” liqalarda “qol+ötürmə” sistemi ilə 20 xalı ötən ilk oyunçudur.

Qeyd edək ki, Messi cari mövsümdə La Liqada keçirdiyi 14 oyunda 14 qol vurub və 10 məhsuldar ötürmə verib. 

Son xəbərlər

Bütün Xəbər Lenti