Məşhur italiyalı futbolçu 40 yaşında karyerasını başa vurur
Futbol
- 03 may, 2017
- 14:46
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 3 may. REPORT.AZ/ İtaliyanın "Roma" klubunun futbolçusu Françesko Totti yayda karyerasını bitirəcək.
"Report"un "La Gazzetta dello Sport"a istinadən verdiyi məlumata görə, 40 yaşlı kapitan klubun idman direktoru olacaq.
Totti yetirməsi olduğu komandada 1993-cü ildən çıxış edir. O, 782 oyuna 306 qol vurub və 123 məhsuldar ötürmə verib. Kapitan "Roma"da sonuncu oyununu mayın 28-də "Cenoa"ya qarşı keçirəcək. Totti 2001-ci ildə İtaliya çempionu, habelə, 2 dəfə ölkə kubokunun qalibi olub. İtaliya yığmasında isə o, 2006-cı ildə dünya çempionu, 2000-ci ildə Avropa çempionatının gümüş mükafatçısı adını qazanıb. İtaliyalı pleymeyker 2007-ci ildə "Qızıl buts" mükafatına sahib çıxıb.
Son xəbərlər
23:20
Türkiyədə yol qəzası nəticəsində 15 nəfər xəsarət alıb
Region
23:10
Özbəkistanla ABŞ 12 milyard dollarlıq sazişlər imzalayıb
Digər ölkələr
23:00
TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi ilə müxtəlif islahatlar planlaşdırılır - Rəy
Milli Məclis
22:59
Foto
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Xarici siyasət
22:56
Tramp müşaviri barəsində nüfuz alveri şübhəsi ilə araşdırma başladıb
Digər ölkələr
22:49
Foto
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib
Xarici siyasət
22:35
Foto
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Xarici siyasət
22:22
Azərbaycanla BMT Xəzərdə suyun səviyyəsinin azalmasını müzakirə edib
Xarici siyasət
22:10
Foto
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb
Xarici siyasət