Fransa millisinin futbolçusu Kilian Mbappe PSJ klubunun mövsümlük biletlərlə bağlı çəkdiyi reklam çarxını tənqid edib.
"Report"un məlumatına görə, 25 yaşlı hücumçu bununla bağlı sosial şəbəkə hesabında post paylaşıb.
O, komanda yoldaşları Neymar və Lionel Messinin yer almadığı video-çarxı qəbul etmədiyini bildirib: "2023/2024 mövsümü üçün biletlərlə bağlı videoya baxdım. Bu barədə mənə məlumat verilməyib və söhbət adi klub müsahibəsi kimi idi. Bu videonun yayımlanması ilə razı deyiləm. Ona görə də imicim uğrunda mübarizə aparacağam. PSJ böyük klub və ailədir, "Kilian Sen Jermen" deyil".
Qeyd edək ki, PSJ azarkeşləri reklam çarxını Lionel Messi və Neymarın cari mövsümün sonunda göndəriləcəklərinə və rəhbərliyin komandanı Mbappe ətrafında qurmağı planlaşdırdığına işarə kimi qəbul ediblər.