"Marsel"in "Qarabağ"ı öz stadionunda qəbul etməsi üçün maneə aradan qalxıb
Futbol
- 01 fevral, 2022
- 05:12
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qarabağ"ın "Marsel"ə qarşı keçirlməli olduğu UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununun Fransada keçirilməsi üçün maneə aradan qalxıb.
"Report" "Foot-national" nəşrinə istinadən xəbər verir ki, ölkənin idman naziri Roksana Marasinyanu Çin və Rusiya peyvəndindən istifadə edən idmançıların Fransaya gələ biləcəyini açıqlayıb.
Bundan əlavə, idmançılar qarşılaşmanın startından 24 saat əvvəl test verməlidirlər.
Daha əvvəl Fransanın “Sinovac” vaksinini qəbul etmədiyi üçün qarşılaşmanın başqa ölkədə təşkili gündəmdə idi.
Qeyd edək ki, "Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.
Son xəbərlər
08:27
Dietoloq zülal qəbulunu artırmağın doqquz üsulunu açıqlayıb
Sağlamlıq
08:15
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur
08:14
Qazaxıstanda dövlət orqanlarına məxsus 800-dən çox saxta xidməti vəsiqə götürülüb
Region
08:02
Almatıda fərdi evdə yanğın baş verib, ölənlər var
Region
07:42
Neuralink yeni neyroimplant sınaqlarına icazə alıb
Sağlamlıq
07:14
Britaniya Soyuq müharibədən sonra ilk dəfə veteranları hərbi xidmətə çağırışa hazır olmağa dəvət edib
Digər ölkələr
06:55
Foto
Video
Misirdə sisternin aşmasından sonra baş verən yanğında ölənlərin sayı 30-u ötüb
Digər ölkələr
06:28
"Bloomberg": Konqresin razılığı olmasa, ABŞ ordusu təxminən 500 raket ala bilməyəcək
Digər ölkələr
05:48
Pentaqon süni intellekti zirehli texnikaya və dəniz dronlarına inteqrasiya etməyi planlaşdırır
Digər ölkələr