Mario Götze 2013-cü ildə "Bavariya"ya transferini səhv addım adlandırıb

Mario Götze 2013-cü ildə "Bavariya"ya transferini səhv addım adlandırıb Almaniyanın "Ayntraxt" klubunun yarımmüdafiəçisi Mario Götze 2013-cü ildə Dortmund "Borussiya"sından "Bavariya"ya transferini səhv addım adlandırıb.
Futbol
27 Sentyabr , 2024 12:50
 Mario Götze 2013-cü ildə Bavariyaya transferini səhv addım adlandırıb

Almaniyanın "Ayntraxt" klubunun yarımmüdafiəçisi Mario Götze 2013-cü ildə Dortmund "Borussiya"sından "Bavariya"ya transferini səhv addım adlandırıb.

"Report" xəbər verir ki, dünya çempionunun bu sözləri "Ayntraxt"ın səsləri" kitabında yer alıb.

Almaniya yığmasının 32 yaşlı sabiq yarımmüdafiəçisi "Borussiya" komandasını tərk etdiyinə görə peşmanlıq hissləri keçirdiyini bildirib:

“Geriyə baxanda Dortmundda daha çox qalmaq istəyərdim. Bu, inkişafım üçün daha yaxşı olardı. O zaman qərarlarımın başqalarına necə təsir etdiyini tam dərk etmirdim. Gənc olanda yalnız özünü və qarşındakı yolu görürsən – perspektiv üçün darıxırsan".

O, ilk məşqçisi Yurgen Kloppla bağlı fikirlərini də söyləyib:

“Klopp parlaq məşqçi idi. O, mənim ilk məşqçim idi. Digər klubların da belə olacağını düşünürdüm. Ancaq bu, heç də belə deyildi. Mən çox şey bilmədiyim üçün əlimdə olanı qiymətləndirmirdim".

Qeyd edək ki, DÇ-2014-ün qalibi olmuş M.Götze Münhen təmsilçisinin heyətində 114 oyuna çıxıb və 36 qol vurub. O, 2016-cı ildə yenidən Dortmund təmsilçisinə qayıdıb. 2020-ci ilə qədər "Borussiya"nın formasını geyinən təcrübəli futbolçu daha sonra PSV-yə (Niderland) transfer olunub. Yarımmüdafiəçi 2022-ci ildən "Ayntraxt"da çıxış edir.

Son xəbərlər

Orphus sistemi