Mario Balotelli karyerasını Bolqarıstanda davam etdirəcək
Futbol
- 26 sentyabr, 2024
- 11:41
İtaliya millisnin sabiq futbolçusu Mario Balotelli karyerasını Bolqarıstanda davam etdirəcək.
"Report" xəbər verir ki, bu barədə "TopsportBG" məlumat yayıb.
İtaliyanın "Milan" və İngiltərənin "Mançester Siti" klublarının sabiq hücumçusu ÇSKA (Sofiya) ilə müqavilə imzalamaq ərəfəsindədir.
Qeyd edək ki, M.Balotelli 2012-ci ildə Ukrayna və Polşada təşkil olunan Avropa çempionatında İtaliya millisinin heyətində gümüş medal qazanıb. Forvard “İnter”in tərkibində üç dəfə İtaliya, “Mançester Siti” komandasında isə İngiltərə çempionu olub. Bu yay Türkiyənin "Adana Dəmirspor" klubundan ayrılan 34 yaşlı ön xətt oyunçusu hazırda azad agentdir.
Son xəbərlər
17:29
Azərbaycanda Əməkdar artist vəfat edib
Hadisə17:20
Cəlilabadda imtahandan qayıdan şagirdlər qəzaya düşüb, yaralılar var
Hadisə17:14
SEPAH Hörmüz boğazında İsraillə əlaqəli iki gəmini saxlayıb
Region17:11
Çexiyanın Baş naziri Azərbaycana gəlir
Xarici siyasət16:56
London və Vaşinqton III Çarlzın ABŞ-yə səfəri ərəfəsində təhlükəsizlik tədbirlərini əlaqələndirirlər
Digər ölkələr16:40
"Abşeron Lions"un basketbolçusu Ceyms Freyzer final seriyasını buraxa bilər
Fərdi16:34
İsrailin Livana endirdiyi hava zərbələri nəticəsində yeddi nəfər ölüb
Digər ölkələr16:29
London Marafonunda dünya rekordu yenilənib
Fərdi16:09