İngiltərənin “Mançester Yunayted” klubu Çempionlar Liqasının 2023/2024 mövsümündə A qrupunu 4 xalla sonuncu yerdə bitirib. Bu, klubun tarixində ən pis nəticədir.
“Report” xəbər verir ki, “qırmızı şeytanlar” qrup oyunlarında yalnız “Kopenhagen”dən üstün olub (1:0), “Qalatasaray”la heç-heçəyə (3:3) razılaşıb. Digər oyunlarda isə “Kopenhagen” (3:4), “Qalatasaray” (2:3) və hər iki oyunda “Bavariya”ya (0:1, 3:4) uduzub.
İngiltərə təmsilçisi 6-cı dəfə Çempionlar Liqasının qrupundan çıxa bilməyib. Bununla belə, öncəki 5 halda komanda azı 6 xal toplayıb.
Çempionlar Liqasının son 10 mövsümündə “qırmızı şeytanlar” yalnız üç dəfə pley-offa vəsiqə qazana bilib, üç dəfə qrupda qalıb, dörd dəfə isə, ümumiyyətlə, iştirak etməyiblər.
Bundan başqa, “Mançester Yunayted”in qrup sonunculuğu İngiltərə təmsilçiləri üçün dördüncü haldır. Eyni zamanda, “qırmızı şeytanlar” İngiltərə klubları arasında indiyədək Çempionlar Liqasında qapısından ən çox top buraxmış komanda olub – 15 qol.
Xatırladaq ki, daha öncə MY rekord sayda məğlubiyyət sayına görə gündəmə gəlmişdi.