Ana Brnabiç: Yeni hakimiyyət müxalifəti dinləməkdə maraqlı deyil
- 13 noyabr, 2026
- 23:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Serbiyada prezident səlahiyyətlərini icra edən Ana Brnabiç yeni hakimiyyətin müxalifətlə dialoq aparmaqda və onun mövqeyini dinləməkdə maraqlı olmadığını bildirib.
"Report"un Balkan bürosu xəbər verir ki, A. Brnabiç bunu Serbiya Milli Assambleyasında keçirilən məsləhətləşmələrdən sonra jurnalistlərə açıqlayıb.
O bildirib ki, "Tələbə siyahısı"nın nümayəndələri məsləhətləşmələr zamanı nə "Birləşmiş Serbiya" siyahısının, nə də azlıq siyahılarının nümayəndələrindən parlament komitələrindən bəzilərinə rəhbərlik etmək istəyib-istəmədiklərini soruşublar.
Brnabiçin sözlərinə görə, "Tələbə siyahısı"nın nümayəndələri gələn bazar ertəsi yeni parlamentdə Serbiya Tərəqqi Partiyasına (SNS) neçə vitse-spiker vəzifəsi ayıracaqlarını açıqlayacaqlar.