ABŞ Ukrayna hərbçilərinin hazırlığını artırıb
- 13 noyabr, 2026
- 23:24
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ 2026-cı ilin III rübündə Ukrayna Silahlı Qüvvələrinin (USQ) hazırlıq miqyasını 25%-dən çox genişləndirib.
"Report" xəbər verir ki, bu məlumatlar Pentaqonun və ABŞ Dövlət Departamentinin baş müfəttişləri tərəfindən hazırlanmış yeni məruzədə yer alıb.
ABŞ-nin qanunverici hakimiyyət qolunun baxılmasına təqdim edilmiş sənəddə, USQ-nin hazırlıq miqyası əvvəlki rüblə müqayisədə 25,6% artıb.
"(Üçüncü) rüb ərzində təxminən 722 Ukrayna hərbi qulluqçusuna təlim keçirilib", - hesabatda deyilir. Bu, 2026-cı il iyulun 1-dən sentyabrın 30-dək olan dövrü əhatə edir.
"USQ-yə amerikalı təlimatçılar tərəfindən təlimlər "Almaniya, (tanınmamış) Kosovo, Polşa, Rumıniya, İspaniya, Ukrayna və Birləşmiş Ştatlardakı obyektlərdə keçirilib. Bu proqramların ən əhəmiyyətli hissəsi Almaniyanın Qrafenvör şəhərində reallaşdırılıb", - sənəddə izah olunur.
Qeyd olunub ki, ABŞ USQ-yə Bradley zirehli maşınları, "Stryker" zirehli transportyorları və "HIMARS YARS" daxil olmaqla, müxtəlif növ silahların tətbiqini və onlara texniki xidməti, habelə batalyon və briqada səviyyəsində kəşfiyyat funksiyalarının təkmilləşdirilməsini öyrədib.