"Mançester Yunayted" "Aston Villa"nı yenərək İngiltərə çempionatının ikincisi oldu
Futbol
- 01 yanvar, 2021
- 22:28
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Mançester Yunayted" futbol komandası İngiltərə Premyer Liqasının 17-ci turunun matçında öz meydanında "Aston Villa"nı qəbul edib.
“Report” xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
"Qırmızı şeytanlar" Bertran Traorenin qoluna Antoni Marsyal və Brunu Fernandeşin dəqiq zərbələri ilə cavab veriblər.
Qələbə "Mançester Yunayted"ə xallarının sayını 33-ə çatdırmağa və çempionatda ikinci yerə yüksəlməyə imkan verib. "Aston Villa"nın aktivində 26 xal var, komanda turnir cədvəlində altıncı yerdə qərarlaşıb.
"Mançester Yunayted" növbəti turda yanvarın 12-də səfərdə "Bernli" ilə oynayacaq. "Aston Villa" bir gün sonra öz meydanında "Tottenem"i qəbul edəcək.
Son xəbərlər
04:45
Britaniya "DragonFire" lazer sistemlərinin sifarişini iki dəfə azaldıb
Digər ölkələr
04:13
İran Hörmüz boğazının şərqində tankerin minaya düşərək yandığını açıqlayıb
Region
03:49
Argentina Folklend adaları yaxınlığında neft hasilatına görə 5 şirkətə sanksiya tətbiq edəcək
Digər ölkələr
03:06
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
Futbol
02:35
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
Digər ölkələr
02:07
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
Region
01:41
NYT: FIFA Trampa təqdim etdiyi sülh mükafatını ləğv edə bilər
Digər ölkələr
01:16
Serbiyada avtomobil yollarından istifadə haqqı 4 faiz artırılacaq
Digər ölkələr
00:40
İlon Mask: USAID-in fəaliyyəti çoxsaylı insanın ölümünə səbəb olub
Digər ölkələr