"Mançester Yunayted"in futbolçusu üçün mövsüm başa çatıb
Futbol
- 15 may, 2023
- 17:47
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Avstriya millisinin və İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Marsel Zabitser cari mövsümün qalan hissəsini buraxacaq.
"Report"un məlumatına görə, bu barədə italiyalı insayder Fabritsio Romano özünün sosial şəbəkə hesabında paylaşım edib.
O, 29 yaşlı yarımmüdafiəçinin menisk nahiyəsindən xəsarət aldığını bildirib.
Qeyd edək ki, müqavilə ilə Almaniya "Bavariya"sına məxsus olan Marsel Zabitser "Mançester Yunayted"də icarə əsasında çıxış edir. Təcrübəli futbolçu cari mövsümün ikinci yarısında "qırmızı şeytanlar"ın heyətində 17 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Zabitserin Münhen klubu ilə 2025-ci ilin iyununadək müqaviləsi var.
Son xəbərlər
10:33
Gürcüstandan 112 əcnəbi deportasiya edilib, Azərbaycan vətəndaşları da var
Region
10:33
Baş ticarət müşaviri: "Ödəniş problemləri fintex həllərinə tələbatı artıra bilər"
Maliyyə
10:33
Foto
Elçin Məmmədov İstanbul şəhərində keçirilən Beynəlxalq Ədalət Zirvəsində iştirak edib
Region
10:29
Bakı, Sumqayıt və Abşeronda sabah pensiyaların ödənilməsi nəzərdə tutulub
Maliyyə
10:26
FIBA Avropa Kuboku: "LANDAU Lions" Slovakiya klubunun qonağı olacaq
Komanda
10:24
Paşinyan: Azərbaycanla sülh müqaviləsi dövlətçiliyimizin uzunömürlülüyünün təməlini qoyacaq
Xarici siyasət
10:23
Bu il qəbul imtahanlarında 3 mindən çox abituriyent 600-dən yüksək bal toplayıb
Elm və təhsil
10:23
Ağdam Sənaye Parkında un istehsalı müəssisəsi yaradılacaq
Sənaye
10:17
Foto
İki prokurorluq əməkdaşı hakim təyin edilib
Hadisə