"Mançester Yunayted"in baş məşqçisi Ronaldu ilə əlaqə saxladı

"Mançester Yunayted"in baş məşqçisi Ronaldu ilə əlaqə saxladı 48 yaşlı mütəxəssis hücumçunun transferi ilə şəxsən maraqlanır
Futbol
22 May , 2021 13:18
Mançester Yunaytedin baş məşqçisi Ronaldu ilə əlaqə saxladı

İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi Ule-Qunnar Şulşer İtaliya "Yuventus"unda çıxış edən Kriştianu Ronaldu ilə əlaqə saxlayıb.

"Report" AS nəşrinə istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis hücumçunun transferi ilə şəxsən maraqlanır.

O, 36 yaşlı forvardla komandanın planları barədə danışıb və onun mümkün keçidini müzakirə edib.

Bildirilib ki, Portuqaliyalı oyunçu sabiq klubuna qayıtmaqda maraqlıdır. Ronaldu Turin təmsilçisindəki taleyinə A Seriyasındakı son turun oyunlarından sonra aydınlıq gətirəcək. "Yuventus" növbəti mövsümdə Çempionlar Liqasından kənarda qalmaq təhlükəsi ilə üzləşib.

Qeyd edək ki, Kriştianu Ronaldu 2003 - 2009-cu illərdə "Mançester Yunayted"in formasını geyinib. O, üç dəfə Premyer Liqada, bir dəfə ölkə kubokunda və Superkubokda qalib olub. Ulduz futbolçu İngiltərə təmsilçisinin heyətində Çempionlar Liqasını və klublararası dünya çempionatını, həmçinin ilk dəfə "Qızıl top"u qazanıb.

Ronaldunun "Yuventus"la müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır. Forvard Turin klubuna 2018-ci ilin iyulunda İspaniya "Real Madrid"indən 117 milyon avroya keçib.

Son xəbərlər

Orphus sistemi