“Mançester Siti” qol buraxmadan İngiltərə Kubokunun finalına çıxıb
Futbol
- 22 aprel, 2023
- 18:35
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərə Kubokunun yarımfinalında “Mançester Siti” Çempionşip təmsilçisi olan “Şeffild Yunayted”i darmadağın edib – 3:0.
“Report” xəbər verir ki, “şəhərlilərin” bütün qollarını əlcəzairli Riyaz Marez vurub.
“Mançester Siti” qol buraxmadan İngiltərə Kubokunun finalına yüksəlib. Bunu edən sonuncu komanda 1965/66 mövsümündə Liverpul şəhərinin “Everton”u olub.
İkinci yarımfinal isə aprelin 23-də “Mançester Yunayted” ilə “Brayton” arasında baş tutacaq.
Qeyd edək ki, kubokun sonuncu qalibi “Liverpul”dur. Onlar ötən mövsüm finalda “Çelsi”ni məğlub edərək İngiltərə Kubokunu qazanıblar.
“Mançester Siti” sonuncu dəfə bu turnirin final mərhələsində 2019-cu ildə oynayıb. Həmin il onlar bu kubokun sahibi olmuşdular.
Son xəbərlər
07:13
Foto
Kürdəmirdə "Mercedes" "KamAZ"a çırpılıb, yaralılar var
Hadisə
06:48
Tramp demokratları Qərb sivilizasiyasını məhv etməyə çalışmaqda ittiham edib
Digər ölkələr
06:20
ABŞ Avropada münaqişə baş verəcəyi təqdirdə aerostatlardan kütləvi istifadə etməyi planlaşdırır
Digər ölkələr
05:57
Kolumbiyada qızıl mədənində torpaq sürüşməsi nəticəsində 14 nəfər ölüb
Digər ölkələr
05:29
"Bild": Hakerlər Almaniyada partiyaya aid 420 mindən çox elektron məktubu oğurlamış ola bilərlər
Digər ölkələr
04:49
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Digər ölkələr
04:24
Tramp Rusiyaya qarşı sanksiyaları sərtləşdirilə bilər
Digər ölkələr
03:57
Vens Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxıb
Digər ölkələr
03:22
UEFA FIFA-dan İnfantinonun yeni şirkət yaratmaq təşəbbüsü ilə bağlı izahat tələb edib
Futbol