"Mançester Siti" 7-ci dəfə İngiltərə çempionu olub
Futbol
- 11 may, 2021
- 19:06
İngiltərənin "Mançester Siti" komandası 2020/21 mövsümündə vaxtından əvvəl ölkə çempionu olub.
“Report” xəbər verir ki, bu, turnir cədvəlində ikinci yer tutan "Mançester Yunayted"in “Lester”ə 1:2 hesabı ilə məğlubiyyətindən sonra məlum olub.
Xosep Qvardiolanın yetirmələri "Mançester Yunayted"i 10 xalla qabaqlayırlar. Komandalar çempionatda üç matç keçirəcəklər.
"Mançester Siti" yeddinci dəfə İngiltərə çempionu olub. 2016-cı ildən komandanın baş məşqçisi işləyən Qvardiola “Mançester Siti”ni üçüncü dəfə turnir cədvəlində birinci yerə yüksəldib. Daha əvvəl "Mançester Siti" ispan mütəxəssisin rəhbərliyi altında 2017/18 və 2018/19 mövsümlərində də ölkə birincisi olub.
Qeyd edək ki, ötən mövsümdə çempionluq titulunu "Liverpul" qazanıb.
Son xəbərlər
09:35
Prezident: "Azərbaycan 2030-cu ilədək yük tranzitinin həcmini 25 milyon tonadək artıracaq"
İnfrastruktur09:26
Prezident: Daxili siyasətin əsas prioritetlərindən biri ərzaq təhlükəsizliyinin təmin edilməsidir
ASK09:25
İlham Əliyev: "Azərbaycanda qazlaşdırma səviyyəsi 96 %-dir"
Energetika09:20
İlham Əliyev: "Bu gün 2 mühüm sənəd imzalanacaq"
Energetika09:20
Prezident: "Xəzər dənizində "yaşıl enerji" ilə bağlı 160 giqavatlıq potensialımız var"
Energetika09:17
Azərbaycan milliləri Şahmat Olimpiadasında bu gün növbəti görüşlərini keçirəcəklər
Fərdi09:16
İlham Əliyev: Xarici borcumuz çox aşağı səviyyədədir, biz onu bir gündə sıfırlaya bilərik
Maliyyə09:10
İlham Əliyev: Azərbaycan iqtisadiyyatı çox böyük potensiala malikdir
Biznes09:05