Emrelinin klubu baş məşqçi ilə vidalaşa bilər

Emrelinin klubu baş məşqçi ilə vidalaşa bilər Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" klubu baş məşqçisi Çeslav Mixneviçlə yollarını ayıra bilər.
Futbol
17 İyun , 2021 15:44
Emrelinin klubu baş məşqçi ilə vidalaşa bilər

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" klubu baş məşqçisi Çeslav Mixneviçlə yollarını ayıra bilər.

"Report"un yerli "Meczyki" nəşrinə istinadən məlumatına görə, 51 yaşlı mütəxəssislə Varşava təmsilçisinin prezidenti Dariuş Myoduskinin münasibətləri pozulub.

Mixneviç funksionerə müraciət edərək heyətin yetərincə güclənməməsindən şikayətlənib. Myoduski isə ona mətbuat vasitəsilə cavab verib və bu, münasibətlərin pisləşməsinə səbəb olub.

Nəşr polşalı baş məşqçinin hər an öz vəzifəsini itirmə təhlükəsi ilə üz-üzə olduğunu yazıb. Onun agenti bu gün gərginliyi azaltmaq və atmosferi tənzimləmək üçün klub prezidenti ilə görüşəcək. Danışıqların mövzusu eyni zamanda Mixneviçin 2022-ci ildə başa çatan müqaviləsi olacaq.

Qeyd edək ki, "Legiya" mövsümün əvvəlində Mahir Emrelidən əlavə iki futbolçu ilə də müqavilə imzalayıb.

Varşava klubu Çempionlar Liqasının I təsnifat mərhələsində Norveçin “Bude Qlimt” komandası ilə üz-üzə gələcək. I təsnifat mərhələsinin ilk oyunları iyulun 6-7-də, cavab görüşləri 13-14-də baş tutacaq.

Son xəbərlər

Orphus sistemi