Mahir Emreli "Legiya" ilə müqavilə müddətini razılaşdırdı

Mahir Emreli "Legiya" ilə müqavilə müddətini razılaşdırdı "Qarabağ" klubundan ayrılan Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa "Legiya"sı ilə prinsipial razılıq əldə edib.
Futbol
31 May , 2021 10:48
Mahir Emreli Legiya ilə müqavilə müddətini razılaşdırdı
Mahir Emreli

"Qarabağ" klubundan ayrılan Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa "Legiya"sı ilə prinsipial razılıq əldə edib.

Bu barədə "Report"a 24 yaşlı hücumçunun agenti Tural Əsgərov məlumat verib.

O, forvardın Polşaya səfərinin tezliklə gerçəkləşəcəyini bildirib: "Hazırda viza məsələləri həll edilir. Ardınca Mahir Polşaya yollanacaq. Tibbi müayinədən uğurla keçəcəyi, müqavilənin tam versiyası bizim gözlədiyimiz kimi qaydasında olacağı və hansısa problemin ortaya çıxmayacağı təqdirdə, Emreli Varşava təmsilçisi ilə müqavilə imzalayacaq".

FIFA agenti oyunçunun viza məsələləri ilə klubun məşğul olduğunu söyləyib: "Viza nə vaxt hazır olsa, təyyarə biletini alacaqlar və futbolçu səfərə çıxacaq. Mahir ya Polşaya, ya da "Legiya"nın yay toplanışını keçəcəyi Avstriyaya gedə bilər. Şengen vizası ilə hər iki ölkəyə səfər mümkündür".

Əsgərovun sözlərinə görə, sözləşmə müddəti sonradan daha 1 il uzadıla bilməsi şərti ilə 3 il olacaq.

Qeyd edək ki, Mahir Emreli 2015-ci ildən "Qarabağ"ın formasını geyinir. Onun Ağdam təmsilçisi ilə müqaviləsi başa çatıb. Forvard Premyer Liqada 18 qolla bombardirlik yarışında ikinci olub.

Son xəbərlər

Orphus sistemi