Mahir Emreli “Legiya”da 2022-ci ilin antiqəhrəmanları sırasına düşüb
Futbol
- 05 yanvar, 2023
- 05:53
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan millisinin futbolçusu Mahir Emreli sabiq klubu Polşa “Legiya”sında 2022-ci ilin antiqəhrəmanları sırasına düşüb.
“Report” xəbər verir ki, hazırda Xorvatiya təmsilçisi “Dinamo”nun (Zaqreb) formasını geyinən hücumçu Varşava klubunun azarkeşləri arasında aparılan səsvermə zamanı antiqəhrəman nominasiyasında ikinci yeri tutub.
Polşada olarkən azarkeşlərin hücumuna məruz qalan və bu üzdən komandanın düşərgəsinə qayıtmayan 25 yaşlı forvard itaətsizlik səbəbindən 2004 səs toplayıb. Bu baxımdan birinci yerdə klub idarəçiliyinə görə prezident Dariuş Mioduski tutub. O, 4156 səs yığıb.
Qeyd edək ki, Mahir Emreli 2022-ci ilin fevralında keçdiyi “Dinamo” ilə 4,5 illik müqavilə imzalayıb.
Son xəbərlər
07:49
Vanuatu sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib
Digər ölkələr
07:31
ABŞ Körfəz ölkələrini İrana qarşı mümkün hərbi əməliyyat barədə xəbərdar edib
Digər ölkələr
07:20
Kim Çen In ordu bölmələrini müharibəyə tam hazır olmağa çağırıb
Digər ölkələr
06:52
Serbiyada DİN-də islahatlar aparılması təklif edilib
Digər ölkələr
06:24
ABŞ-ın İrana qarşı hərbi əməliyyatının xərcləri 47,1 milyard dollara çatıb
Digər ölkələr
06:14
Nurəddin Rəcəbov: İdmançılarımız daha yüksək nəticə əldə edə bilərdilər
Fərdi
05:41
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
Digər ölkələr
05:28
Sənan Süleymanov: Qızıl medal qazanmağın, dünya çempionu olmağın arzusunda olmuşam
Fərdi
05:16
Beşqat dünya çempionu: Yaxın bir-iki həftə ərzində karyeramla bağlı açıqlama veriləcək
Fərdi