Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun baş məşqçisi Nenad Byelitsa istefaya göndərilib.
“Report” Zaqreb təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Xorvatiya mətbuatının iddiasına görə isə, N.Byelitsa maaşının azaldılmasına razı olmadığı üçün qovulub.
Klub rəhbərliyi daha əvvəl eyni səbəbdən xorvatiyalı mütəxəssisin 6 köməkçisini vəzifəsindən azad edib.
Qeyd edək ki, 2018-ci ildən “Dinamo”ya başçılıq edən Nenad Byelitsa 2 dəfə Xorvatiya çempionluğunu, bir dəfə isə ölkə kubokunu qazanıb.