Lukaşenko Belarus millisinin uğursuzluğuna görə nazirə töhmət verib

Lukaşenko Belarus millisinin uğursuzluğuna görə nazirə töhmət verib Belarus Prezidenti Aleksandr Lukaşenko futbol üzrə yığmanın UEFA Millətlər Liqasındakı uğursuz çıxışına sərt reaksiya verib.
Futbol
25 İyul , 2022 16:15
Lukaşenko Belarus millisinin uğursuzluğuna görə nazirə töhmət verib

Belarus Prezidenti Aleksandr Lukaşenko futbol üzrə yığmanın UEFA Millətlər Liqasındakı uğursuz çıxışına sərt reaksiya verib.

"Report"un yerli mətbuata istinadən məlumatına görə, ölkə başçısı milli komandanın zəif nəticələri ilə bağlı idman və turizm naziri Sergey Kovalçukdan hesabat tələb edib. Hətta nazirin töhmət aldığı bildirilir.

Kovalçuk isə öz növbəsində Belarus Futbol Federasiyası sədrinin birinci müavini Yuri Vergeyçiki günahlandırıb. Nazirin sözlərinə görə, federasiya rəsmisi onu inandırıb ki, futbol düzgün istiqamətdə inkişaf edir və Georgi Kondratyev millinin sükanı arxasına ən optimal namizəddir. Vergeyçik komandanın yaxşı nəticələr qazanacağına da söz verib.

Qeyd edək ki, Belarus yığması Millətlər Liqasının C Divizionunda Azərbaycan, Slovakiya və Qazaxıstanla birlikdə 3-cü qrupda yer alıb. Komanda 4 oyundan cəmi 2 xal toplayıb. İlk oyunda Azərbaycan millisi ilə qolsuz heç-heçə edən Belarus Bakıdakı qarşılaşmada uduzub - 0:2.

Son xəbərlər

Orphus sistemi