“Liverpul”un yeni baş məşqçisi ilə bağlı təfərrüatlar məlum olub
- 10 fevral, 2024
- 04:49
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərənin “Liverpul” klubu artıq “Bayer 04” klubunun baş məşqçisi Xabi Alonso ilə Mersisayd klubunda analoji vəzifəyə təyin olunması ilə bağlı əlaqə saxlayıb.
"Report"un Fransanın "Footmercato" saytına istinadən verdiyi məlumata görə, tərəflər ilkin məsləhətləşmələr aparıblar.
42 yaşlı ispaniyalının keçmiş komandası üçün Leverkuzendən ayrılmağa hazır olub-olmadığı qeyd olunmur.
Xatırladaq ki, Alonso yanvarda cari mövsümün sonunda "Liverpul"dan ayrılacağını açıqlayan Yurgen Kloppun yerinə əsas namizədlərdən biri adlandırılır.
“Bayer 04” hazırda Bundesliqada turnir cədvəlinə başçılıq edir. Alonsonun komandası 20 matçdan (16 qələbə, 4 heç-heçə) sonra 52 xal toplayıb.
Hazırda Premyer Liqanın turnir cədvəlinə 51 xalla "Liverpul" başçılıq edir.