“Liverpul” məğlubiyyətsizlik seriyasını altı oyuna çatdırıb

Futbol
  • 07 yanvar, 2024
  • 18:46
“Liverpul” məğlubiyyətsizlik seriyasını altı oyuna çatdırıb

İngiltərə kubokunun 1/32 finalında “Liverpul” Londonun “Arsenal” klubunu 2:0 hesabı ilə məğlub edib.

“Report” xəbər verir ki, görüş “Emireyts” stadionunda baş tutub.

80-ci dəqiqədə “Arsenal”ın polşalı müdafiəçisi Yakub Kivior avtoqola imza atıb. Oyuna əlavə olunan 5-ci dəqiqədə isə “Liverpul”un kolumbiyalı hücumçusu Luis Dias fərqlənib.

“Arsenal” ardıcıl üçüncü dəfə məğlub olub. Bundan əvvəl Mikel Artetanın komandası İngiltərə çempionatında iki London derbisində məğlub olmuşdu – “Fulhem” (1:2) və “Vest Hem” (0:2).

“Liverpul” isə bütün yarışlardakı məğlubiyyətsizlik seriyasını altı matça çatdırıb.

“Arsenal” ağ formada çıxış edib. Futbolçular gənclərin zorakılığına, eləcə də bıçaqdan istifadə edilən cinayətlərə qarşı “No More Red” kampaniyasına dəstək veriblər.

Son xəbərlər

Bütün Xəbər Lenti