"Lion" baş məşqçisi ilə yollarını ayırmaq qərarına gəlib

Futbol
  • 30 noyabr, 2023
  • 10:47
Lion baş məşqçisi ilə yollarını ayırmaq qərarına gəlib

Fransanın "Lion" klubu baş məşqçisi Fabio Qrosso ilə yollarını ayırmaq qərarına gəlib.

"Report" xəbər verir ki, bu barədə jurnalist Fabrisio Romano “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Yaxın saatlarda bu barədə rəsmi məlumat veriləcək.

Qeyd edək ki, Fabio Qrosso sentyabrın 16-da baş məşqçi təyin olunub. "Lion" Liqa 1-də 12 oyunda cəmi 1 qələbə qazanıb və 7 xalla sonuncu pillədə qərarlaşıb.

44 - Tezliklə