​Libertadores Kubokunda ilk final oyunu keçirilib

Futbol
  • 21 iyul, 2016
  • 04:48
​Libertadores Kubokunda ilk final oyunu keçirilib

Bakı. 21 iyul. REPORT.AZ/ Libertadores Kubokunun ilk final oyununda Ekvadorun "İndepentyente del Valye" klubu Kolumbiya "Atletiko Nasyonal"ı ilə heç-heçə edib.

"Report" xəbər verir ki, Ekvadorun paytaxtı Kitoda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.

Ev sahiblərinin heyətində Arturo Mina (87-ci dəqiqə), kolumbiyalılarda isə Orlando Berria (36) fərqlənib.

Cavab qarşılaşması iyulun 28-də Kolumbiyanın Medelyin şəhərində "Atletiko Nasional"ın meydanında keçiriləcək.