"Leyptsiq" klubunun yeni baş məşqçisi bəlli oldu
Futbol
- 27 aprel, 2021
- 14:43
Almaniya Bundesliqasında çıxış edən "Leyptsiq"in yeni baş məşqçisi müəyyənləşib.
"Report" xəbər verir ki, "Bavariya"ya keçidi rəsmiləşən Yulian Nagelsmanı Avstriya "Zaltsburq"unun baş məşqçisi Cessi Marş əvəzləyəcək. Məlumatı Sky Sport” telekanalının tanınmış jurnalisti Fabritsio Romano özünün tvitter səhifəsində paylaşıb.
Onun sözlərinə görə, tərəflər artıq öz aralarında 2021/2022 mövsümündən əməkdaşlıq etmək barədə razılığa gəliblər.
Nagelsman Münhen klubu ilə 5 illik müqavilə imzalayıb. 34 yaşlı mütəxəssis yeni komandasının sükanı arxasına iyulda keçəcək.
Qeyd edək ki, Cessi Marş 2019-cu ildən "Zaltsburq"a başçılıq edir. O, ötən mövsüm bu komanda ilə ölkə çempionluğunu və kubokunu qazanıb. Marş cari mövsümdə də qızıl dubl etməyə yaxındır.
Son xəbərlər
23:34
"Azərreyl" heyətinə braziliyalı voleybolçu cəlb edib
Komanda23:23
Foto
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
Digər23:14
Foto
XXV Qış Olimpiya Oyunları açılış mərasimi keçirilir
Fərdi23:14
Rusiya Ermənistana nüvə sənayesində hərtərəfli əməkdaşlıq təklif edib
Region23:03
Foto
Azərbaycan çempionatı: Sərbəst güləşdə ilk medalçılar müəyyənləşib
Fərdi22:56
"Real" və "Bavariya"nın sabiq futbolçusu karyerasını ABŞ klubunda davam etdirəcək
Futbol22:56
ANP: Niderlandın bir neçə qurumunun əməkdaşlarının məlumatları sızdırılıb
Digər ölkələr22:37
İstanbulda "Marksist-Leninst Kommunist Partiyası" adlı terror təşkilatına qarşı əməliyyat keçirilib
Region22:20