Lamin Yamal "Barselona"nın məşqini yarımçıq tərk edib
Futbol
- 11 aprel, 2026
- 15:17
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniya təmsilçisi "Barselona"nın futbolçusu Lamin Yamal səhhətində narahatlıq hiss etdiyi üçün məşq prosesini yarımçıq tərk edib.
"Report" "Sport.es" nəşrinə istinadən xəbər verir ki, tibbi müayinədən sonra 18 yaşlı cinah oyunçusunda ciddi zədə aşkarlanmayıb, əzələsində yüngül gərilmə qeydə alınıb.
Bu səbəbdən onun aprelin 11-də "Espanyol"a qarşı keçiriləcək matçda iştirakı gözlənilir.
Qeyd edək ki, Lamin Yamal cari mövsümdə bütün turnirlərdə 42 oyunda 21 qol vurub və 16 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun "Barselona" ilə müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir.
Son xəbərlər
02:42
Serbiyada "Informer" telekanalının baş redaktoru həbs edilib
Digər ölkələr
02:28
Gürcüstanda keçirilən "Beşiktaş" – "Hapoel" matçında baş verən qarşıdurmada 16 nəfər saxlanılıb
Region
02:00
UEFA Konfrans Liqasında IV turun oyunları keçirilib
Futbol
01:58
UEFA Avropa Liqası: "Beşiktaş" İsrail klubunu məğlub edib
Futbol
01:35
Parisdə minlərlə məktəbli və tələbə etiraz aksiyası keçirib
Digər ölkələr
01:14
CEV Çempionlar Liqası: "Xilasedici" III təsnifat mərhələsinin cavab oyununda uduzub
Komanda
01:07
İsrail "Hizbullah"ın Livanın cənubundakı hədəflərinə zərbələr endirib
Digər ölkələr
00:37
NASA "Voyager-1"dən məlumatların ötürülməsini bərpa etməyə çalışır
Digər ölkələr
00:06
Şeynbaum Meksika sahilindəki raket qalıqlarına görə "SpaceX"i sanksiyalarla hədələyib
Digər ölkələr