Kvaratsxeliyanın PSJ-yə keçidi rəsmiləşib

Kvaratsxeliyanın PSJ-yə keçidi rəsmiləşib Fransanın “Pari Sen-Jermen” (PSJ) futbol klubu “Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanı rəsmən heyətinə qatıb.
Futbol
18 Yanvar , 2025 01:50
Kvaratsxeliyanın PSJ-yə keçidi rəsmiləşib

Fransanın PSJ klubu “Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanı rəsmən heyətinə qatıb.

“Report” xəbər verir ki, bunu paytaxt təmsilçisinin mətbuat xidməti bildirib.

"PSJ Xviça Kvaratsxeliya ilə müqavilə bağlandığını məmnuniyyətlə elan edir. 7 nömrəli formanı geyinəcək 23 yaşlı cinah oyunçusu klubun tarixində ilk gürcüstanlı futbolçu olacaq”, – mətbuat xidməti diqqətə çatdırıb.

Razılaşmaya görə, Tbilisi “Dinamo"sunun yetirməsi 2029-cu ilin iyununadək PSJ-də top qovacaq.

İtaliyalı insayder Fabritsio Romano “qırmızı-mavilər”in Neapol komandasına 70 milyon avro ödədiyini bildirib.

Xatırladaq ki, daha əvvəl Kvaratsxeliya İngiltərənin “Liverpul” klubunun da maraq dairəsində idi.

Yanvarın 13-də italiyalı jurnalist Nikolo Şira futbolçunun 75 milyon avroya PSJ-yə keçəcəyini açıqlamış, müqavilə müddətinin 2029-cu ilədək olacağını əvvəlcədən anons etmişdi. Yanvarın 16-da Kvaratsxeliya “Napoli” ilə vidalaşmışdı.

Son xəbərlər

Orphus sistemi