“Liverpul” gürcüstanlı yarımmüdafiəçi ilə maraqlanır

“Liverpul” gürcüstanlı yarımmüdafiəçi ilə maraqlanır İngiltərənin “Liverpul” futbol klubu “Napoli”nin gürcüstanlı vingeri Xviça Kvaratsxeliyanı transfer edə bilər.
Futbol
9 yanvar 2025 22:47
“Liverpul” gürcüstanlı yarımmüdafiəçi ilə maraqlanır

İngiltərənin “Liverpul” futbol klubu “Napoli”nin gürcüstanlı vingeri Xviça Kvaratsxeliyanı transfer edə bilər.

“Report” xəbər verir ki, bu barədə “The Athletic” bildirib.

“Liverpul”, bu "transfer pəncərəsi"ndə klubdan ayrılması qərarlaşdırılarsa, “Napoli”dən Xviça Kvaratsxeliyanı transfer etməyi nəzərdən keçirə bilər”, – idman nəşrinin insayderi Devid Ornstayn yazıb.

Onun sözlərinə görə, 23 yaşlı yarımmüdafiəçinin hazırkı klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyununadək qüvvədə olsa da, yeni razılaşma ilə bağlı “hərəkətsizlik” digər klubların futbolçuya marağını artırıb.

Ornstayn qeyd edib ki, Gürcüstan millisinin futbolçusunu transfer etmək istəyən klublar arasında PSJ (Fransa) və "Çelsi" (İngiltərə) var.

“Napoli” 107 oyunda 30 qol vuran və 29 məhsuldar ötürmə edən futbolçusunu itirməyə tələsmir və yalnız əhəmiyyətli məbləğ qarşılığında satışa razılıq verəcək”, – jurnalist vurğulayıb.

Bununla belə, o qeyd edib ki, “qırmızılar”ın heyətində Kvaratsxeliya ilə eyni mövqedə oynaya bilən Luis Dias, Kodi Qakpo, Dioqu Jota və Darvin Nunyes kimi futbolçuları var:

“Bu o deməkdir ki, Kvaratsxeliya üçün yer açmaq üçün əhəmiyyətli bir ayrılıq tələb oluna bilər. Ötən ilin avqustunda “Yuventus”dan “Liverpul”a keçdikdən sonra, demək olar, heç oynamayan Federiko Kyezanın “Napoli”yə marağından asılı olmayaraq”.

“Liverpul” xüsusi olaraq Kvaratsxeliya profilində oyunçu axtarmır, lakin onu bəyənir, izləyir və bazar fürsəti yaranarsa, mübarizə aparmağa hazır olacaq”, – Ornstayn əlavə edib.

Xatırladaq ki, "Liverpul" ötən yay Gürcüstan millisinin və İspaniyanın “Valensiya” klubunun qapıçısı Georgi Mamardaşvilini transfer etmişdi. Qolkiper hazırda “yarasalar”ın heyətində icarə əsasında çıxış edir.

Son xəbərlər

Orphus sistemi