Kvaratsxeliya "Napoli"də 93 illik rekordu təkrarlayıb

Futbol
  • 18 fevral, 2023
  • 08:35
Kvaratsxeliya Napolidə 93 illik rekordu təkrarlayıb

Gürcüstan millisinin hücumameylli yarımmüdafiəçisi Xviça Kvaratsxeliya 1930-cu ildən sonra "Napoli"də bir mövsümdə 10-dan çox qol vuran ən gənc futbolçu olub.

"Report"un məlumatına görə, səfərdə "Sassuolo"nu 2:0 hesabı ilə məğlub etdikləri A Seriyasının XXIII tur oyununda fərqlənən 22 yaşlı vinger 93 illik rekordu təkrarlayıb.

İstedadlı oyunçu 12-ci dəqiqədə meydan sahiblərinin qapısına yol tapmaqla görüşdə hesabı açıb.

Qeyd edək ki, Xviça Kvaratsxeliya bu mövsüm "Napoli"nin heyətində bütün turnirlərdə 12 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.