Kristianu Ronaldunun adı futbol akademiyasına verildi

Kristianu Ronaldunun adı futbol akademiyasına verildi Portuqaliya "Sportinq"i sabiq futbolçusu Kriştianu Ronaldunun adını əbədiləşdirib.
Futbol
21 Sentyabr , 2020 18:37
Kristianu Ronaldunun adı futbol akademiyasına verildi
Kristianu Ronaldu

Portuqaliya "Sportinq"i sabiq futbolçusu Kriştianu Ronaldunun adını əbədiləşdirib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, hazırda İtaliya "Yuventus"unda çıxış edən 35 yaşlı hücumçunun adı Lissabon təmsilçisinin akademiyasına verilib.

Klubun yaydığı məlumatda bildirilib: "Oğul doğma evi təcəssüm etdirir. İndi "Sportinq"in akademiyası bütün zamanlarda Portuqaliya futbolunun ən yaxşısı, 5 dəfə "Qızıl top" mükafatına layiq görülmüş dünyanın ən güclü futbolçusunun adını daşıyır. Akademiya klubun ən böyük məzununun adını əbədiləşdirəcək və bu, bütün gənc istedadlar üçün ilham olacaq".

Qeyd edək ki, Kriştianu Ronaldu "Sportinq"ə 1997-ci ildə 12 yaşında qoşulub. O, 2002-ci ildə 17 yaşı olarkən əsas komandada debüt edib.

Son xəbərlər

Orphus sistemi