Kriştiano Ronaldo mükafatlandırma mərasimində Mişel Platini ilə əl sıxmaqdan imtina edib
Futbol
- 21 dekabr, 2014
- 06:51
Bakı. 21 dekabr. REPORT.AZ/ Madridin "Real" klubunun hücumçusu Kriştiano Ronaldo Dünya Klub Çempionatının finalında Argentinanın "San-Lorenso" kollektivi üzərində qələbədən (2:0) sonra baş tutan mükafatlandırma mərasimində UEFA prezidenti Mişel Platini ilə əl sıxmayıb.
"Report" xəbər verir ki, portuqaliyalı futbolçu medalların təqdimatı zamanı Platininin yanından onunla görüşmədən keçib.
Bundan əvvəl Mişel Platini bildirmişdi ki, "Qızıl top - 2014" mükafatını Almaniya yığma komandasından olan futbolçu almalıdır. Bu mükafata Kriştiano Ronaldo, "Barselona"nın hücumçusu Lionel Messi və Almaniya millisinin qapıçısı Manuel Noyer namizəddir.
Turnirin ən yaxşı futbolçusu "Real"ın müdafiəçisi Serxio Ramos seçilib.
Kriştiano Ronaldo mükafatlandırma mərasimində Mişel Platini ilə əl sıxmaqdan imtina edib
Son xəbərlər
01:49
Foto
Dmanisidən olan azərbaycanlı idmançı Gürcüstan çempionu titulunu qazanıb
Fərdi01:34
ABŞ-də dizelin qiyməti rekordu yeniləyib
Digər ölkələr01:06
Albaniyada Dayanıqlı İnkişaf Məqsədlərinin sürətləndirilməsi üçün 6 milyon dollar ayrılıb
Digər ölkələr00:37
Haaqada iğtişaşlar səbəbindən 24 nəfər saxlanılıb
Digər ölkələr00:10
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Qarabağ00:05
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb
Daxili siyasət00:05
Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Qarabağ00:00
Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir
Qarabağ23:40