Kristian Eriksen xəstəxanadan evə buraxıldı

Kristian Eriksen xəstəxanadan evə buraxıldı Danimarka millisinin futbolçusu Kristian Eriksen xəstəxanadan evə buraxılıb.
Futbol
18 İyun , 2021 20:36
Kristian Eriksen xəstəxanadan evə buraxıldı
Kristian Eriksen

Danimarka millisinin futbolçusu Kristian Eriksen xəstəxanadan evə buraxılıb.

"Report" xəbər verir ki, bu barədə Danimarka Futbol İttifaqı məlumat yayıb.

Ürəyinə implant dərialtı kardioverter-defibrillyator quraşdırmaq üçün əməliyyat olunan 29 yaşlı yarımmüdafiəçinin özünü yaxşı hiss etdiyi bildirilib. Xəstəxanadan çıxan futbolçu əvvəlcə komanda yoldaşlarına baş çəkib, ardınca isə ailəsinin yanına yollanıb.

Qeyd edək ki, Eriksen iyunun 12-də Finlandiya ilə B qrupunun ilk görüşündə huşunu itirərək, yerə yıxılıb. 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra onu xəstəxanaya apararaq, vəziyyətini sabitləşdiriblər.

Son xəbərlər

Orphus sistemi