KİV: "Neftçi"nin baş məşqçisi "Styaua"ya qayıtmaqda israrlıdır

KİV: "Neftçi"nin baş məşqçisi "Styaua"ya qayıtmaqda israrlıdır Bu iddianı yerli jurnalist Horia İvanoviçi irəli sürüb
Futbol
7 Noyabr , 2022 13:29
KİV: Neftçinin baş məşqçisi Styauaya qayıtmaqda israrlıdır
Laurentsiu Regekampf

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf yenidən Rumıniyanın "Styaua" komandasının sükanı arxasına keçməkdə israrlıdır.

"Report" "Fanatik.ro" nəşrinə istinadən xəbər verir ki, bu iddianı yerli jurnalist Horia İvanoviçi irəli sürüb.

Onun sözlərinə görə, 47 yaşlı mütəxəssis daim klub prezidenti Cici Bekaliyə zəng edir: "Bizdə olan son məlumata görə, Regekampf "Styaua"ya qayıtmaq üçün çox təzyiq göstərir. O, son bir neçə gündə davamlı olaraq Bekaliyə zəng edir və onu zəngləri ilə yorub".

Qeyd edək ki, Laurentsiu Regekampfın "Neftçi" ilə müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub. O, 2012 - 2014 və 2015 - 2017-ci illərdə "Styaua"ya rəhbərlik edib. Komanda bu mütəxəssislə iki dəfə ölkə çempionu olub, Avropa Liqasının 1/8 final və Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Son xəbərlər

Orphus sistemi