"Keşlə"nin futbolçusu: "Zaur Axundovun tribunada olması bizə motivasiya verir"

"Keşlə"nin futbolçusu: "Zaur Axundovun tribunada olması bizə motivasiya verir" "Yazılan hər şey yalnış idi"
Futbol
30 Aprel , 2021 12:42
Keşlənin futbolçusu: Zaur Axundovun tribunada olması bizə motivasiya verir

"Biz bu oyunda daha istəkli idik. Hər kəs finala çıxmaq üçün meydanda var gücü ilə mübarizə apardı. İlk gündən yaxşı və güclü kollektiv olduğumuzu sübut etmişik. Dünənki matç da bunlardan biri idi".

Bu fikirləri "Report"a açıqlamasında "Keşlə"nin futbolçusu Vüsal İsgəndərli səfərdə "Zirə"yə 3:2 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

26 yaşlı yarımmüdafiəçi görüşdən əvvəl böyük məbləğdə mükafat vəd olunmasına münasibət bildirib: "Məbləğ adi oyunlarda qoyulan mükafatdan bir az çox idi. Başqa heç nə. Sadəcə, komandamız finalı istəyirdi və buna nail oldu".

İsgəndərli görüşdə baş verən insidentlər barədə çox danışmaq istəmədiyini sözlərinə əlavə edib: "Rəqibin qapısına təyin edilən penalti epizoduna baxdım. Qərar və qırmızı vərəqə doğru idi. Çünki orada bizim futbolçu Anatol Abanqa qarşı zərbə var idi. Futbol bu cür oyundur. Bəzən aqressiya çox olur".

Oyunçu sabiq komandası üzərində qələbəni coşqulu qeyd etmədyini söyləyib: "Qələbə qazanmaq möhtəşəm hissdir. Bu, çətin dönəmdə əldə olunursa, tamam başqa cür olur. Mən qələbəni normal qeyd etdim. Heç bir artıq jestdən söhbət gedə bilməz. Məni Vüsal İsgəndərli edən klub "Zirə"dir. Orada Ayxan Abbasov mənə inanıb və şans verib. Daha sonra isə "Keşlə"də Tərlan Əhmədovun üzərimdə çox haqqı var. "Zirə" ilə bağlı xoş xatirələrim mövcuddur, oradan incikliklə ayrılmamışam. Sadəcə, maddi məsələ var idi ki, o da mənə pis təsir etmişdi. Yazılan hər şey yanlış idi. Samir Abasovla münasibətimin pis olmasını da deyirdilər. Amma yalandır".

Yarımmdüafiəçi klubu "Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundovun tribunadan futbolçulara məsləhət verməsindən də danışıb: "Zaur müəllim hamının hörmətini saxladığı insandır. Hansısa kömək lazım olsa, klub prezidenti və dost kimi yanımızdadır. Sadəcə, o da futbola çox bağlı adamdır. Onun tribunada olması bizə təsir etməkdən çox motivasiya verir".

Qeyd edək ki, ilk görüşdə 1:2 hesabı ilə uduzan "Keşlə" səfərdə daha çox qol vurduğu üçün finala yüksəlib. Komanda mayın 24-də həlledici görüşdə "Sumqayıt"la üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi