"Keşlə" Ceyhun Sultanovla yollarını ayırdı

"Keşlə" Ceyhun Sultanovla yollarını ayırdı "Keşlə" klubu idman direktoru Ceyhun Sultanovla yollarını ayırıb.
Futbol
148
1 İyun , 2021 11:46
Keşlə Ceyhun Sultanovla yollarını ayırdı
Ceyhun Sultanov

"Keşlə" klubu idman direktoru Ceyhun Sultanovla yollarını ayırıb.

Bu barədə "Report"a Sultanovun özü məlumat verib.

Keçmiş futbolçu öz istəyi ilə vəzifəsini tərk etdiyini bildirib: "Başlıcası odur ki, müqaviləm bitib. Bəzi planlarım var və onun üzərində işləməyə çalışacağam. İstefaya göndərilmədim. Sadəcə, rəhbərliklə görüşdük. Müqaviləm bitdiyi üçün belə bir qərar verdik. Rəhbərliyə təşəkkür etdim və "Keşlə"də işlədiyim müddətdə mənə dəstək olduqları üçün minnətdarlığımı bildirdim".

Sultanov paytaxt təmsilçisinin baş məşqçisi Sənan Qurbanovla arasında insidentin olmasına dair iddialara da münasibət bildirib: "Mən baş məşqçinin fikirlərinə hörmətlə yanaşıram. Amma bu barədə şərh verməyə ehtiyac yoxdur. Onunla normal münasibətimiz olub. Sadəcə, şərh vermək istəmirəm".

O, gələcək fəaliyyəti ilə bağlı müəyyən planlarının olduğunu söyləyib: "İdman direktoru kimi düşünərək addım atmağa çalışacağam. Yenə futbol sahəsində olacağam. Beynimdə bəzi planlarım var, lakin onlar haqqında danışmaq istəmirəm. Bir müddət lazımdır ki, planları həyata keçirim. Hər şey ola bilər. Başqa klubda da işləyə bilərəm".

"Keşlə" daha əvvə klubun Mətbuat xidmətinin rəhbəri Murad Axundovla da yollarını ayırıb.

Qeyd edək ki, Ceyhun Sultanov "Keşlə"dən əvvəl "Neftçi"də idman direktoru olub.

Son xəbərlər

Orphus sistemi