“Keşlə” çempionatda 800-cü qolunu vurub
Futbol
- 04 aprel, 2022
- 08:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Keşlə” Azərbaycan çempionatlarında 800-cü qolu vurub.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın XXI turunun “Qəbələ” ilə matçına təsadüf edib.
1:1 hesabı ilə başa çatan görüşdəki ilk qolun müəllifi Merab Giqauri klubunun tarixinə yubiley topunun müəllifi kimi düşüb.
1999-cu ildən “Xəzər Universiteti” və “İnter” adlarını da daşımış komanda 800-cü qolunu 614-cü oyununda vurub. Bu qollardan 437-si evdə, 363-ü səfərdə vurulub.
“Keşlə” Premyer Liqada 800 və daha çox qol vuran 4-cü komanda olub. Bakılıların ilk topu 1999-cu il noyabrın 7-də “Neftçi”yə 2:3 hesabı ilə uduzduqları görüşdə qeydə alınıb.
Son xəbərlər
14:31
Niderland hakimiyyət orqanları dəyəri minlərlə dollar olan nadir tısbağaları müsadirə edib
Digər ölkələr
14:31
Azərbaycanda 465 mediator və 81 mediasiya təşkilatı fəaliyyət göstərir
Daxili siyasət
14:29
Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq - Xəbərdarlıq
Ekologiya
14:24
Fərid Qayıbov: "Təxirə salınan "SportAccord" tədbiri növbəti il Azərbaycanda keçiriləcək"
İdman
14:20
"AzRe Təkrarsığorta" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə
14:17
Türk dövlətləri arasında mediasiya sahəsində beynəlxalq konvensiyanın hazırlanması nəzərdə tutulur
Xarici siyasət
14:13
Azərbaycan Premyer Liqasının bəzi oyunlarında AVAR-2 hakimi də iştirak edəcək
Futbol
14:07
Qarabağ Dirçəliş Fondu sığortaçı seçir
Maliyyə
14:03
Azərbaycan 10 ayda kartof ixracından 30 milyon dollara yaxın gəlir götürüb
Biznes