“Kəpəz” klubu ev oyunlarını Tovuz şəhər stadionunda keçirəcək

“Kəpəz” klubu ev oyunlarını Tovuz şəhər stadionunda keçirəcək Gəncə şəhər stadionunda aparılan əsaslı yenidənqurma işləri ilə əlaqədar olaraq “Kəpəz” klubu ev oyunlarını Tovuz şəhər stadionunda keçirəcək.
Futbol
13 Oktyabr , 2023 15:22
“Kəpəz” klubu ev oyunlarını Tovuz şəhər stadionunda keçirəcək

"Kəpəz" klubu Gəncə şəhər stadionunda aparılan əsaslı yenidənqurma işləri ilə əlaqədar ev oyunlarını Tovuz şəhər stadionunda keçirəcək.

"Report" Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisinin müraciəti, “Turan Tovuz”un razılıq məktubu nəzərə alınaraq, “Kəpəz”in Tovuzda oynaması ilə bağlı qərar qəbul edilib.

Tərəflərin razılığı ilə Azər Məmmədovun yetirmələri ev matçlarını bu arenada keçirəcəklər. “Kəpəz”in əvəzedici heyəti isə Gəncə şəhər stadionunun ehtiyat meydançasından istifadəyə davam edəcək.

PFL yuxarıda qeyd olunan məqamlarla bağlı Azərbaycan Premyer Liqasının və Əvəzedicilər Liqasının 10-cu turunun cədvəllərində aşağıdakı dəyişiklikləri həyata keçirib.

Azərbaycan Premyer Liqası

10-cu tur

21 oktyabr

15:00. “Kəpəz” – “Zirə”
Tovuz şəhər stadionu.

Əvəzedicilər Liqası

10-cu tur

19 oktyabr

14:00. “Turan Tovuz” – “Qarabağ”
Tovuz şəhər stadionu.

Son xəbərlər

Orphus sistemi