"Kəpəz"in yeni transferi: "Azarkeşlərimiz üçün ən yaxşısını etməyə çalışacağam"

"Kəpəz"in yeni transferi: "Azarkeşlərimiz üçün ən yaxşısını etməyə çalışacağam" Azarkeşlərimiz üçün ən yaxşısını etməyə çalışacağam.
Futbol
17 Yanvar , 2025 18:29
Kəpəzin yeni transferi: Azarkeşlərimiz üçün ən yaxşısını etməyə çalışacağam

Azarkeşlərimiz üçün ən yaxşısını etməyə çalışacağam.

"Report" xəbər verir ki, bunu "Kəpəz"in yeni transferi Rati Ardazişvili klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, Gəncəyə gəldiyi müddətdən qonaqpərvərlik gördüyünü bildirib:

“Gəncəni belə görmək məni sevindirir. Doğru yerə gəldiyimi hiss etdim. Mənə göstərilən münasibətlə yanaşı, şəraitdən də razı olduğumu deyə bilərəm. Klubun müasir bazası, məşq meydançaları var. Yeni stadion tikilir, işləri yaxınlıqdan görə bilirik. Əsas məqsədim üzərimə düşən etimadı doğrultmaqdır. Burada oynamaq mənim üçün rahatdır. Klubuma inandığım üçün Gəncəyə gəldim”.

Gürcüstanlı futbolçu komandanın vəziyyəti ilə bağlı danışarkən qış fasiləsindən sonra durumun dəyişəcəyinə inandığını söyləyib:

“Heyətimiz üzərinə düşəni edə biləcək gücdədir. Qısa vaxtda burada olmağıma baxmayaraq, ab-havadan deyə bilərəm ki, komandamız elitada qalmağa fokuslanıb. Biz bir komandayıq, ailəyik, hər şeyi birlikdə etməliyik. Birgə vəziyyəti dəyişə biləcəyik. “Kəpəz”in böyük azarkeş qüvvəsi var. Sosial şəbəkələrdə yazırlar, dəstək olurlar. Onlar üçün meydanda ən yaxşısını etməyə çalışacağıq”.

Son xəbərlər

Orphus sistemi