Kaxa Kaladze “Neftçi” - “Dinamo” oyununu izləyəcək

Kaxa Kaladze “Neftçi” - “Dinamo” oyununu izləyəcək Tbilisi meri Kaxa Kaladze “Neftçi” və Gürcüstan “Dinamo”su arasında iyulun 14-də “Bakcell Arena”da keçiriləcək Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşünü izləyəcək.
Futbol
13 İyul , 2021 12:07
Kaxa Kaladze “Neftçi” - “Dinamo” oyununu izləyəcək
Kaxa Kaladze

Tbilisi meri Kaxa Kaladze “Neftçi” və Gürcüstan “Dinamo”su arasında iyulun 14-də “Bakcell Arena”da keçiriləcək Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşünü izləyəcək.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu, ötənlərin məşhur futbolçusunun Bakıya rəsmi səfəri çərçivəsində gerçəkləşəcək. Fəxri tribunada ötənlərin məşhur futbolçusu ilə birlikdə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da yer alacaq.

Qeyd edək ki, Kaxa Kaladze 1993 - 1997-ci illərdə "Dinamo" (Tbilisi) komandasının formasını geyinib. O, 5 il ərzində 82 oyunda meydana müdafiəçi qismində çıxıb. Bu dövrdə paytaxt komandası beş dəfə Gürcüstan çempionu olub. Daha sonra Kaladze Ukraynanın "Dinamo" (Kiyev), İtaliyanın "Milan" və "Cenoa" klublarında çıxış edib.

Son xəbərlər

Orphus sistemi