Karlo Ançelotti şəxsi rekordunu yeniləyib

Karlo Ançelotti şəxsi rekordunu yeniləyib İspaniyanı "Real" klubunun baş məşqçisi Karlo Ançelotti şəxsi rekordunu yeniləyib.
Futbol
16 Sentyabr , 2024 10:30
Karlo Ançelotti şəxsi rekordunu yeniləyib

İspaniyanın "Real" klubunun baş məşqçisi Karlo Ançelotti şəxsi rekordunu yeniləyib.

"Report" xəbər verir ki, bu, La Liqanın 5-ci turunda səfərdə "Real Sosyedad"la oyunda reallaşıb.

"Real"ın 2:0 hesabı ilə qələbə qazandığı oyunda mütəxəssis ardıcıl 32-ci dəfə meydanı məğlubiyyətsiz tərk edib. Bu onun şəxsi rekordu olub. Komandanın Ançelottinin rəhbərliyi altında sonuncu məğlubiyyəti bu ilin yanvarında "Atletiko" ilə matçda (2:4) qeydə alınıb.

İtaliyalı mütəxəssis əvvəlki ən yaxşı məğlubiyyətsizlik seriyasına da 2013/2014 mövsümündə "Real"da çalışarkən imza atıb. Komanda onun rəhbərliyi altında 31 matçda uduzmayıb.

Qeyd edək ki, "Real"ın qələbə qazandığı son oyunda qolları Vinisius Junior (58-p.) və Kilian Mbappe (75-p.) vurub.

Son xəbərlər

Orphus sistemi