Kadi Borgesin “Krasnodar”da maaşı bəlli olub

Futbol
  • 05 yanvar, 2023
  • 06:57
Kadi Borgesin “Krasnodar”da maaşı bəlli olub
Kadi Borges

Rusiyanın “Krasnodar” klubunun “Qarabağ”dan transfer etdiyi Kadi Borgesin alacağı məvacib bəlli olub.

“Report”un “vedomosti.ru”ya istinadən məlumatına görə, braziliyalı futbolçunun yeni komandasında illik maaşı 2 milyon avro təşkil edəcək.

26 yaşlı oyunçu yaxın günlərdə tibbi müayinədən keçdikdən sonra “Krasnodar”la 2026-cı ilin yayınadək nəzərdə tutulan müqavilə imzalayacaq. “Qarabağ”ın bu transferdən 5 milyon avroluq gəlir götürməsi gözlənilir.

Qeyd edək ki, Kadi Borges bu mövsümün ilk yarısında “Qarabağ”ın heyətində bütün turnirlərdə keçirdiyi 31 oyunda 8 qol vurub, 11 məhsuldar ötürmə verib.