Joze Mourinyo "Roma"dan qovula bilər
Futbol
- 08 oktyabr, 2023
- 06:05
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliyanın "Roma" klubu baş məşqçisi Joze Mourinyo ilə yollarını ayıra bilər.
"Report" "Corriere dello Sport"a istinadən xəbər verir ki, 63 yaşlı mütəxəssisin paytaxt təmsilçisindəki taleyi A Seriyasının VIII turunda “Kalyari” ilə oyundan asılıdır.
"Canavarlar"ın sahibi Den Fridkin VI turda “Cenoa”ya 1:4 hesablı məğlubiyyətdən sonra Mourinyonu qovmaq istəyib. Lakin idman direktoru Tiaqu Pintu funksioneri fikrindən daşındırıb.
"Roma" bu gün məğlub olsa, portuqaliyalı baş məşqçi istefaya göndəriləcək.
Qeyd edək ki, komanda yeddi turdan sonra 8 xalla 13-cü pillədə qərarlaşıb. 2021-ci ildən İtaliya klubunda işləyən Mourinyonun müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatmalıdır.
Son xəbərlər
11:11
Riyad Mahrez Qətərin "Əl-Şamal" klubunun futbolçusu olacaq
Futbol10:58
Video
İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb
Daxili siyasət10:41
Qalibaf: ABŞ Hörmüz boğazı ilə bağlı yeni təkliflər irəli sürüb
Region10:35
Merts Ukraynaya elan olunmamış səfər edib
Digər ölkələr10:25
Foto
Video
Şəfəq qəsəbəsində binada partlayış olub, bir nəfər yaralanıb
Hadisə10:11
SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb
Digər ölkələr10:10
UEFA Millətlər Liqasında IV turun növbəti oyunları keçiriləcək
Futbol10:08
XİN Lesotonun Müstəqillik Gününü təbrik edib
Xarici siyasət09:45